Komandamız təcrübəli mühəndis və ekoloqlardan ibarət
yerli və beynəlxalq standartlara əsaslanaraq, hər bir layihəyə fərdi
yanaşma tətbiq edir. Bizim üçün əsas prioritet — müştərilərin texniki –
iqtisadi göstəricilərinin
yüksəldilməsi, ekoloji dəyərlərin qorunmasıdır.
İsrail Əfəndiyev
Direktor
Phil Maxwell
Elmi-texniki Şuranın üzvü
Phil
Maxwell neft-qaz sənayesində 50 ilə yaxın beynəlxalq peşəkar təcrübəyə malik
yüksək ixtisaslı icraçı rəhbər və strateji məsləhətçidir. O, Southampton
Universitetində Fizika üzrə bakalavr (BSc Hons) təhsili almış...
Xalıqverdi Hüseynov Azərbaycan Dövlət Aqrar
Universitetində Bitkilərin Mühafizəsi ixtisası üzrə təhsil almış və idarəetmə
sahəsində uzunmüddətli təcrübəyə .....
Elnur Salahov Azərbaycan Dövlət Neft Akademiyasında faydalı qazıntı yataqlarının işlənməsi (dəniz neft-qaz qurğuları) ixtisası üzrə ali təhsil almışdır. Neft-qaz sənayesində uzunmüddətli...
lham Babayev 1974–1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsində təhsil alaraq mühəndis-geoloq ixtisası üzrə bakalavr dərəcəsi almış, daha sonra MBA (magistr) təhsili ilə idarəetmə sahəsində biliklərini dərinləşdirmişdir...
Azad Məcidov Bakı Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsini bitirmiş və sənayedə texniki təhlükəsizlik qaydaları üzrə sertifikatlara malikdir.
Müxtəlif mütəxəssislərin fərqli
baxışları GEOexpert Consulting komandası müxtəlif sahələrdən olan mütəxəssislərdən ibarətdir. Hər bir layihədə
fərqli
perspektivlər
və peşəkar yanaşmalar
birləşdirilir, nəticədə daha innovativ və effektiv həllər yaranır.
Təcrübəmizin şirkət
mütəxəssislərinə ötürülməsi Biz yalnız layihələri icra etmirik, həm də təcrübəmizi müştəri komandalarına
ötürürük. Bu
yanaşma, əməliyyatların davamlı inkişafını təmin edir və yerli mütəxəssislərin
bilik səviyyəsini artırır.
Yüksək əməkdaşlıq münasibəti və
məmnunluq Komandamızda güclü əməkdaşlıq və qarşılıqlı hörmət əsas
prinsiplərdəndir.
Müştərilərimiz və tərəfdaşlarımız bizimlə işləməkdən tam məmnuniyyət əldə
edir, hər bir layihə həm səmərəli, həm də xoş təcrübə ilə nəticələnir.
Xalıqverdi Hüseynov
Elmi-texniki Şuranın üzvü
Xalıqverdi Hüseynov Azərbaycan Dövlət Aqrar
Universitetində Bitkilərin Mühafizəsi ixtisası üzrə təhsil almış və idarəetmə
sahəsində uzunmüddətli təcrübəyə malikdir.
Xalıqverdi Hüseynov şirkətin gündəlik
əməliyyatlarının səmərəli idarə olunmasını təmin edir, layihələrin icrasını
nəzarətdə saxlayır və strateji qərarların hazırlanması prosesində mühüm rol
oynayır. Eyni zamanda, idarəetmə və komanda rəhbərliyi sahəsində yüksək
peşəkarlığı ilə seçilir.
O şirkətin məqsədlərinə çatmaq üçün
resursların optimal idarə olunması və əməliyyatların koordinasiyasında
əhəmiyyətli töhfələr verir.
Elnur Salahov
Elmi-texniki Şuranın üzvü
Elnur Salahov Azərbaycan Dövlət Neft Akademiyasında faydalı qazıntı yataqlarının işlənməsi (dəniz neft-qaz qurğuları) ixtisası üzrə ali təhsil almışdır. Neft-qaz sənayesində uzunmüddətli praktiki təcrübəyə malik olan Elnur Salahov əmək fəaliyyətinə 2008-ci ildə Binəqədi Oil Company-də qazma sahəsində fəhlə kimi başlamışdır.
2011-ci ildən etibarən A+B OYL SERVICES MMC şirkətinin direktoru vəzifəsində çalışır. Bu müddət ərzində neft-qaz sənayesində texniki xidmətlərin təşkili, layihələrin idarə olunması, istehsalat proseslərinin optimallaşdırılması və müxtəlif mühəndislik həllərinin tətbiqi sahələrində geniş təcrübə qazanmışdır.
2019-cu ildən Kaspian Texnologi Saplay MMC-də baş mühəndis vəzifəsində fəaliyyət göstərərək texniki layihələrin hazırlanması, istehsalat proseslərinin koordinasiyası və mühəndis heyətinin idarə olunması istiqamətlərində mühüm işlər həyata keçirmişdir. 2023-cü ildə isə Glolynx Azərbaycan şirkətində şöbə müdiri vəzifəsində çalışaraq idarəetmə və təşkilati fəaliyyət sahəsində təcrübəsini daha da genişləndirmişdir.
Elnur Salahov neft-qaz sənayesində istehsalatın təşkili, qazma və hasilat proseslərinin idarə edilməsi, texniki xidmətlərin göstərilməsi, mühəndislik həllərinin tətbiqi və layihələrin rəhbərliyi sahələrində peşəkar bilik və bacarıqlara malikdir. Azərbaycan, ingilis və rus dillərində sərbəst ünsiyyət qurur. Liderlik, komanda idarəetməsi, operativ qərarvermə və təşkilatçılıq bacarıqları ilə seçilir.
Azad Məcidov
Elmi-texniki Şuranın üzvü
Azad Məcidov Bakı Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsini bitirmiş və sənayedə texniki təhlükəsizlik qaydaları üzrə sertifikatlara malikdir. O, şirkətin əməliyyatlarının təhlükəsiz, ekoloji və keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin edir, əməyin mühafizəsi və risklərin idarə olunması sahəsində geniş təcrübəyə malikdir. Eyni zamanda, idarəetmə və komanda koordinasiyasında səmərəli yanaşmaları ilə tanınır.
Azad Məcidov Azərbaycan və Rus dillərini sərbəst bilir və şirkətin strateji hədəflərinə çatmaq üçün əməliyyatların optimallaşdırılması və standartların yüksək səviyyədə qorunması üzrə mühüm rol oynayır.
İlham Babayev
Elmi-texniki Şuranın üzvü
İlham Babayev 1974–1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsində təhsil alaraq mühəndis-geoloq ixtisası üzrə bakalavr dərəcəsi almış, daha sonra MBA (magistr) təhsili ilə idarəetmə sahəsində biliklərini dərinləşdirmişdir.
45 ildən artıq peşəkar iş stajına malik olan İlham Babayev neft-qaz sənayesində həm texniki, həm də strateji idarəetmə sahələrində geniş və çoxşaxəli təcrübəyə sahibdir. O, karyerası ərzində quruda və dənizdə 435-dən artıq neft və qaz quyusunun uğurla qazılaraq istismara verilməsinə rəhbərlik etmiş, 1000 nəfərlik işçi heyəti ilə iri layihələrin effektiv idarə olunmasını təmin etmişdir.
Peşəkar fəaliyyəti dövründə SOCAR, xarici neft şirkətləri və dövlət qurumları ilə yüksək səviyyəli əməkdaşlıq və danışıqlar aparmış, Azərbaycan və Gürcüstanda çoxsaylı yüksəkbüdcəli layihələrin uğurla icrasına rəhbərlik etmişdir. O, SƏTƏM standartlarının tətbiqi, yeni texnologiyaların istehsalata inteqrasiyası, eləcə də quruda neft və qaz yataqlarının bərpa və inkişaf layihələrinin idarə olunması sahələrində mühüm töhfələr vermişdir.
İlham Babayev müxtəlif illərdə Gulf Drilling Supply FZE şirkətində Baş direktor, Caspian Technology Supply şirkətində İcraçı direktor, bir sıra birgə əməliyyat şirkətlərində yataq meneceri və regional direktor, SOCAR strukturunda isə baş mühəndis, baş geoloq və şöbə rəis müavini vəzifələrində çalışmışdır.
O, Azərbaycan dilini ana dili səviyyəsində, rus dilini mükəmməl, ingilis və türk dillərini isə yaxşı səviyyədə bilir. Liderlik, strateji idarəetmə və layihə menecmenti sahəsində çoxsaylı mükafatlara və ixtisasartırma kurslarına malikdir.
Phil
Maxwell
Elmi-texniki Şuranın üzvü
Phil Maxwell neft-qaz sənayesində 50 ilə yaxın beynəlxalq
peşəkar təcrübəyə malik yüksək ixtisaslı icraçı rəhbər və strateji məsləhətçidir.
O, Southampton Universitetində Fizika üzrə bakalavr (BSc Hons) təhsili almış,
karyerası ərzində Avropa, Yaxın Şərq, Afrika və Xəzər regionunda aparıcı
neft-qaz şirkətlərində yüksək rəhbər vəzifələrdə çalışmışdır. Phil Maxwell hazırda Springwell Petroleum Limited şirkətinin
direktoru kimi fəaliyyət göstərir, eyni zamanda GeoPetrol International şirkətində
neft-qaz üzrə məsləhətçi olaraq səhmdarlara və ali rəhbərliyə kəşfiyyat və
hasilat aktivlərinin qiymətləndirilməsi və idarə olunması sahəsində dəstək
verir.
O, müxtəlif illərdə Dove Energy Group Limited şirkətində
Direktor və Baş İcraçı Direktor, Dubai Petroleum Establishment-də icraçı rəhbərlik
komandasının üzvü, Caspian Energy Group-da əməliyyatlar üzrə vitse-prezident,
Amerada Hess, RAMCO Energy, Pennzoil və British Petroleum (BP) kimi qlobal
enerji nəhənglərində məsul rəhbər vəzifələrdə çalışmışdır.
Phil Maxwell-in peşəkar fəaliyyəti əsasən:
-Neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi PSA
(Production Sharing Agreement) əməliyyat şirkətlərinin yaradılması və idarə
olunması -Beynəlxalq aktivlərin restrukturizasiyası və yeni
sahibkarlıq modellərinə keçid -Yüksək səviyyəli korporativ idarəetmə və idarə heyəti fəaliyyəti -Yeni layihələrin və investisiya imkanlarının qiymətləndirilməsi
istiqamətlərini əhatə edir.
O, xüsusilə Azərbaycanın ilk quruda PSA əməliyyat şirkətinin
yaradılması və idarə olunmasında, eləcə də Xəzər regionunda beynəlxalq neft
şirkətlərinin fəaliyyətinin qurulmasında mühüm rol oynamışdır. Phil Maxwell
strateji baxışı, böhran dövrlərində effektiv idarəetmə bacarığı və beynəlxalq
danışıqlardakı təcrübəsi ilə seçilən nüfuzlu mütəxəssis kimi tanınır.